BolgeXeber.Com » Sosial » Bakıda təqaüdçülərə iş vəd edən elanın sahibi kimdir? (VİDEO)

Bakıda təqaüdçülərə iş vəd edən elanın sahibi kimdir? (VİDEO)

9-10-2017, 02:11
Oxunub: 3 436 Bakıda təqaüdçülərə iş vəd edən elanın sahibi kimdir? (VİDEO)Təqaüddə olanlar diqqət xəbərə!

Bakıda bəzi ərazilərə elan vurulub. Pensiyaçıların işə dəvət olunduqları yazılıb. Bəs görəsən bu elanın reallıq payı nə qədərdir?

"Təqaüddə olan xanımları və bəyləri işə dəvət edirik"

Bu elanı Bakının 20 yanvar və 3-cü mikrarayon dairələrinin ətrafında görmək olur. Sözügedən elanlar işıqdirəklərinə və ağaclara yapışdırılıb. Müəyyən bir vaxtdan sonra yaş öz sözünü dediyindən insanın əmək qabiliyyəti də aşağı düşür. Çox hallarda isə sağlamlıq pensiya yaşından artıq işləməyə imkan vermir.

"Xəzər Xəbər" təqadçülərə təklif olunan işin mahiyyətini öytənmək üçün elanda göstərilən nömrəyə zəng edib.

Belə məlum olur ki, pensiyaçı dərman və kosmetik vasiələri götürüb qapı-qapı dolaşıb satmalıdır. İşə düzələn təqaüdçüyə vergi ödəyicisi kimi VÖEN açılıb-açılmadığını öyrənmək istədikdə isə sualı yarımçıq qalıb. Telefon arxasındakı qadın zəngin "Xəzər TV"dən olduğunu öyrəndikdə müsahibə verməkdən boyun qaçırıb.

Maraqlısı budur ki, elanı görən yaşlı nəslin nümayəndələri gözlərinə inana bilmirlər. Bunun qeyri-qanuni olduğunu düşünənlərlə yanaşı "iş insanın cövhəridir" deyənlər də var.

Qeyd edək ki, Əmək Məcəlləsi pensiya yaşı çatan şəxsin sağlamlığı əl verdiyi təqdirdə işləməsini qadağan etmir.