Deputat Rəfael və Coşqunla bağlı Hacıbala Abutalıbova müraciət etdi
9-12-2012, 23:45
Oxunub: 5 033
Deputat Fazil Mustafa Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub göndərib.
Lent.az-ın məlumatına görə, deputat “facebook” sosial şəbəkəsində paylaşdığı məktubda aktyorlar Rəfael və Coşqunun reklam lövhələrində qadın paltarında görünməsinə etirazını bildirib: “Bu afişalarda yer alan şəkillər Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri arasında ciddi müzakirə mövzusuna çevrilmişdir. Belə ki, konkret bir reklama aid afişalarda qadın geyimi geyinmiş bəzi kişi cinsinə mənsub aktyorların gülümsəyərək, şirkətin təbliğatını həyata keçirməsi cəmiyyətimizin mənəvi mühitinin korlanmasına rəvac vermişdir. İnsanlar bir tərəfdə Olimpiya çempionlarının reklam çarxları ilə qürur duyur, digər tərəfdən isə qadın paltarı geymiş kişilərə baxıb xəcalət hissi keçirirlər. Onsuz da şəhərimizdəki nəqliyyat tıxaclarından təngə gəlmiş vətəndaşlarımızın üstəlik bu cür bədnam reklam afişalarından da psixoloji sarsıntılar yaşamasına yol vermək olmaz. Bakıya gələn xarici qonaqların da Azərbaycan kişilərinin qadın geyimində şəkillərini görüb ölkəmiz haqqında başqa cür düşünə biləcəklərini də diqqətə alaraq, cəmiyyətimizə hörmətsizlik gətirən bu afişaların dərhal yığışdırılması üçün tərəfinizdən tədbirlər görüləcəyinə ümid edirəm”.
Qeyd edək ki, Fazil Mustafa bir neçə gün öncə də aktyorlar Rəfael və Coşqunun qadın paltarında və jestləri ilə reklama çəkilmələrini, səhnəciklər oynamalarını ciddi tənqid eləmişdi. Aktyorlar isə deputatın bu fikirləri ilə razılaşmadıqlarını bildiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər