BolgeXeber.Com » Sosial » Tələbələri təqaüd üzünə həsrət qoydular...

Tələbələri təqaüd üzünə həsrət qoydular...

10-12-2012, 10:50
Oxunub: 4 717 Azərbaycan Texniki Universiteti təhsil alan tələbələr 3 aydan çoxdur ki, təqaüdlərini ala bilmirlər. Bu barədə TİA.AZ-a adı çəkilən təhsl ocaqlarında təhsil alan gənclər məlumat veriblər.
Məlumatda deyilir ki, əsasən 1-ci kurs tələbələri sözügedən vəziyyətlə üzləşib. Belə ki, onlar sentyabrdan bəri nəzərdə tutulan pullarını ala bilmirlər. Universitet rəhbərliyinə edilən müraciətlərə də heç bir cavab verilmir. Problemin konkret olaraq nədən ibarət olduğu isə məlum deyil.