Mənzil fırıldaqçılarının “kitabı bağlanır”
20-11-2017, 11:36
Oxunub: 4 075
“Eyni mənzilin bir neçə nəfərə satılması problemi uzun müddətdir ki, müzakirə edilən məsələlərdən idi. Xatırlayırsınızsa, 3 il öncə bununla bağlı təkliflərimi hökumətə təqdim etmişdim . Artıq həmin təkliflərdən bir neçəsi nəzərə alınaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna dəyişikliklərə əlavə edilib”.
AzVision.az xəbər veri ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, yeni qaydalara əsasən, “qabaqcadan qeydiyyat” institutu təkmilləşdiriləcək və mənzillərin satışı zamanı daşınmaz əmlakın dövlət reyestri aparılacaq: “Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlanmalıdır. Bu qaydaların tətbiqi yubansa da bütün hallarda qanunvericiliyə edilən dəyişikliklər müsbət qiymətləndirilməlidir. Çünki bu mənzil fırıldaqçıların “əl-qolunu bağlayacaq”. Güman olunur ki, yeni qaydalar eyni mənzilin bir neçə nəfərə satlmasının qarşısını almağa yardım edəcək. Bununla yanaşı, fikirmizcə, prosesin tamamən şəffaflaşması üçün bir müddət öncə hazırladığımız təkliflərin hamısının qəbul edilməsinə ehtiyac var”.
İqtisadçı qeyd edib ki, bir sıra MDB ölkələrində olduğu kimi Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır: “Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb-səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu eyni zamanda, şirkətlərin şəffaf işləməsinə imkan yaradır”.
V.Bayramov əlavə edib ki, satılan mənzillərin elektron qeydiyyatının aparılması da icbari xarakter daşımalıdır: “Yəni, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa, artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir. Hətta “kupçası” olmayan mənzillərin də satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Həmçinin qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər