Azərbaycanda kollektorların fəaliyyəti qanunsuzdur – Palata
25-11-2017, 10:30
Oxunub: 3 127
Hazırda Azərbaycan banklarında təxminən 2 mlrd. manat həcmində qeyri-işlək aktiv, vaxtı keçmiş kredit var və banklar bu aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaratmağa məcburdur
“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkədə qeyri-işlək aktivlərin ötürülməsi üçün hüquqi mexanizm yoxdur: “Bəzən banklar vaxtı keçmiş kreditlərin yığılmasını kollektor agentliklərinə həvalə edir. Halbuki, onların fəaliyyəti əslində qanunsuzdur. Bank sirri yalnız müştərinin özünə, məhkəmə və nəzarət orqanına bəlli ola bilər”.
Bundan başqa, N.Babayev qeyd edib ki, məhkəmə qərarlarının icrası, girov əmlakın satışı böyük problemlərlə müşaiyət olunur: “Məcburi icraya görə 7% haqq ödənilməlidir. Məsələn, dəyəri 2 mln. manat olan əmlak üzrə bu rəqəm 140 min manat təşkil edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Girovların satışının həyata keçirilməsi üçün ölkədə cəmi 1-2 hərrac təşkilatı var və rəqabətsiz şəraitdə onlar istədikləri qiymətləri diktə edir. Təminatın satılmasından mənfəət əldə edilmədiyi halda, ondan vergi tutulur, halbuki, dünya təcrübəsində bu, yoxdur. Qiymətləndirmə institutuna da baxılmalıdır. Bir neçə şirkət var və onlar konkret banklarla əməkdaşlıq edir. Onların təyin etdiyi qiymət nə dərəcədə ədalətlidir? Müflisləşmə ilə bağlı qanunvericilik də təkmilləşdirilməlidir və ümumilikdə, bütün bu məsələlər tənzimlənməlidir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər