Bakıdakı məşhur kafedən qadağa -Qucaqlaşmaq olmaz
8-02-2018, 17:08
Oxunub: 4 359
Bakıda fəaliyyət göstərən kafelərin birində tətbiq olunan yeni qayda müştərilərinin etirazına səbəb olub
Bolgexeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Bazaar Delights Cafe”nin əməkdaşları sözügedən məkana üz tutan cütlüklərə yanaşı oturmağa icazə verməyib.
Onlara bildirilib ki, yeni qaydalara əsasən cütlüklər yalnız üzbəüz otura bilər. Həmçinin, kafedə qucaqlaşan digər cütlüyə də xəbərdarlıq edilib.
Müştərilər qarşılaşdıqları hadisəni sosial şəbəkədə paylaşdıqdan sonra kafeyə qarşı kampaniya başlayıb. Belə ki, 300-dən çox şəbəkə istifadəçisi kafenin rəsmi feysbuk səhifəsinə 1 ulduz verməklə bu yeniliyin müştərilərə qarşı hörmətsizlik olduğunu qeyd edib. Qərarı gülüş obyektinə çevirənlər də az olmayıb.
“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün kafe ilə əlaqə saxlasa da, administratorun hazırda işdə olmadığını bildiriblər: “Bu məsələdən administrator danışa bilər, o da burda deyil”.
Kafenin rəsmi səhifəsində müştərilərə cavab olaraq bildirilib ki, iişə obyekti özəl müəssisədir və müdiriyyət tərəfindən müxtəlif qaydalar tətbiq oluna bilər:
“Elə bir təəssürat yarandı ki, sanki bizim kafeyə ancaq qucaqlaşmaq üçün gəlirlər. Burada heç bir qanuna zidd hal yoxdur. Siz bilirsiz ki, bəzi məkanlara müştəriləri, hətta “dress kod”suz buraxmırlar. Biz öz müştərilərimizi yaxşı tanıyırıq. Onlar bizim kafeyə uyğun qiymətə dadlı təamlar yemək üçün gəlirlər. Razılaşın ki, qucaqlaşmaq üçün kifayət qədər yer var, biz sadəcə yemək veririk, başqa heç nə”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər