BolgeXeber.Com » Sosial » Maşının satış qiymətini qaldırmaq üçün bu üsula əl atırlar: Diqqətli olun! (VİDEO)
Maşının satış qiymətini qaldırmaq üçün bu üsula əl atırlar: Diqqətli olun! (VİDEO)
24-02-2018, 12:29
Oxunub: 3 432Avtomobilin satış qiymətini qaldırmaq üçün kilometrajı geri çəkdirilir. Bu yolla alıcılar aldadılır
Hüquqşünaslar bu halın ölkə qanunvericiliyinə zidd olduğunu bildirir
Xezerxeber.az-ın məlumatına görə, istehlakçıları aldadan şəxslər 3 min manatdan 5 min manatdək cərimə və ictimai işlərə cəlb olunu bilər. Həmin şəxslər azadlıqdan da məhrum edilə bilər. Bunun üçün isə aldadılan şəxs hüquq- mühafizə orqanlarına şikayət etməlidir. Avtomobil təmiri üzrə mütəxəssislər isə kilometrajı geri çəkilən avtomobili müəyəynləşdirməyin bir neçə üsulu olduqunu bildirir.
Peşəkar ustalar mühərikxanaya və avtomobilin alt hissəsinə baxmaqla kilometrajın geri çəkilib-çəkilmədiyini bilə bilirlər. Bəzi hallarda bunu avtodiaqnostika ilə də müəyyən etmək olur. Amma bu, əksər avtomobillər üçün keçərli olmur.