BolgeXeber.Com » Sosial » Azərbaycanda görünməmiş hadisə

Azərbaycanda görünməmiş hadisə

1-03-2011, 12:35
Oxunub: 5 737
Sabirabadlıların haqlı etiraz səsinə hakimiyyətdən müsbət cavab gəldi

Kür daşqınlarının təsirlərinin aradan qaldırılmaması, dəyən ziyanın ödənilməməsi, kompensasiyaların verilməməsinə etiraz olaraq 24 fevralda Sabirabadda keçirilən mitinqin tələblərinə dövlət başçısı reaksiya verib. Bu barədə yerli sakinlər saytımızın "Qaynar xətt"inə məlumat veriblər.
Bu gün onun göstərişi ilə Hökumət Komissiyasının bir qrup nümayəndəsi Sabirabada gələrək mitinq iştirakçıları ilə görüşüblər. FHN müavini Orucəli Hacıyevin rəhbərlik etdiyi komissiya rayon İcra Hakimiyyətində Sabirabad rayon icra hakimiyyətinin başçısı və müavinlərinin iştirakı ile 30-dan artıq iştirakçı ilə görüşündə yaxın günlərdə onları narahat edən problemlərin həll olunacağını bildirib.

O qeyd edib ki, bu həftədən etibarən dəyən ziyanla bağlı kompensasiyaların verilməsinəbaşlanılacaq. Müvafiq komissiya Sabirabada gələrək rayonun Qasımbəyli, Əsgərbəyli, Axtaçıvə digər kəndlərində yenidən qiymətləndirmələrə başlanılacaq. Kənd sakinlərinəkompensasiyalarla yanaşı hər hektar əkin sahəsi üçün 100 manat əlavə yardım veriləcək.Digər tərəfdən sözügedən kəndlərin işıq, yol və s. problemlərin həll olunması da vəd edilib.

FHN müavini Sabirabaddakı problemlərin və baş verən son olayların dövlət başçısınındiqqətində olduğunu bildirərək lazımi addımların atılacağını qeyd edib.

Əlbəttə dövlət başçısının məsələyə müdaxiləsi müsbət haldır. Amma belə çıxır ki, ölkəvətəndaşlarının probleminin həlli və ya bu məsələyə prezidentin diqqətə alması üçün hökməninsanlar küçələrə çıxmalı, aksiya keçirməli, polislə döyüşüb həbs olunmalı, yaralanmalı sonra,onların problemi həll olunmalıdır.

Bəzi ekspertlər isə bu cür nadir hadisəni getdikcə gərginləşən cəmiyyəti yumşaltmaq üçünatıldığını bildirib. Onların fikrincə martın 11-də və 12-də elan olunan mitinq qərarı, hakimiyyəti xalqın etirtaz səsi qarşısında geri çəkilməyə məcbur edib.
Hələ ki, sabirabadlılara vəd verilir. Son 9 ayda olduğu kimi. Amma ümid edək ki, bu dəfəverilən vəd əvvəlkilərindən fərqli olaraq vəd kimi qalmayacaq./ FaktXeber/