“Siqaret çəkmək qəti qadağandır” sözü dəyişdirildi
20-04-2018, 10:41
Oxunub: 9 155
Baş nazir Artur Rasizadə "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda dəyişiklik edib.
"Qafqazunfo” xəbər verir ki, dəyişiklik "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” prezidentin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə edilib.
Qaydaların "6.3.3. 3-cü sinif” bölməsinin "Təhlükəsizlik tədbirləri” hissəsinin ikinci absasının ikinci cümləsində "siqaret” sözü "tütün” sözü ilə, üçüncü cümləsində "Siqaret çəkməməli” sözləri "Tütün çəkmək qadağandır” sözləri ilə əvəz edilib.
"6.3.4. 4-cü sinif” bölməsinin "Yüklərin müvəqqəti saxlanılması” hissəsinin üçüncü abzasında, "6.3.8. 8-ci sinif” bölməsinin "Təhlükəsizlik tədbirləri” hissəsinin dördüncü abzasında, 16.1-ci bəndin dördüncü abzasında və 16.2-ci bəndin beşinci abzasında "siqaret” sözü "tütün” sözü ilə əvəz edilib.
3. 10.16-cı bəndin üçüncü cümləsində "Siqaret çəkmək qəti qadağandır” sözləri "Tütün çəkmək qadağandır” sözləri ilə əvəz edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər