Rayonlara gedən taksilər də bahalaşdı – Təmir bəhanəsi
30-06-2018, 18:32
Oxunub: 4 894
Bakı-Sumqayıt yolunda davam edən təmir Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayonlararası taksi xidməti göstərən minik avtomobillərinin qiymətinə də təsir edir.
Axar.az xəbər verir ki, sözügedən yolda 4 gündür başlayan təmiri bəhanə edən bölgələr üzrə çalışan taksi sürücüləri qiyməti bahalaşdırıb. Artıq 4 gündür 7 manatlıq yola sərnişinlərdən 10 manat tələb edilir.
Xüsusilə sıxlıq və təmir edilən yola girən sürücülər “Şamaxı yolu” adlanan əraziyə əvvələr 5 manat tələb etdikləri halda, 4 gündür bu xidmət haqqını 7-8 manata qaldırıblar.
Sərnişinlərin sözlərinə görə, 26 iyundan etibarən Şamaxıya gedən taksilərin qiyməti də adambaşına 10 manat olub. Sürücülər bunu həmin yolda böyük tıxac və sıxlığın olması, bunun da yanacaq sərfiyyatına təsiri səbəbindən etdiklərini bildiriblər. Həmçinin sürücülər təmirə görə tıxacda çox vaxt itirdikləri üçün gündəlik iş rejimlərinə də təsir edir və daha az qazanırlar ki, bunu da sərnişinlərdən çıxarmaq istəyirlər.
Xatırladaq ki, bu gündən etibarən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından “Azadlıq körpüsü” deyilən əraziyə qədər olan hissə avtomobil tuneli ilə birgə istifadəyə verilsə də, hazırda Bakı-Sumqayıt yolunda təmir işləri davam edir.
26 iyun tarixindən başlayan işlər təxminən 20 gün davam edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər