“Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır”- Deputatdan AÇIQLAMA
20-08-2018, 17:58
Oxunub: 3 467
Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiymətində dəyişiklik olub
Yeni qiymətə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.
Bolgexeber.com xəbər verir ki, qiymət artımı ilə bağlı bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, yeni qiymət artımı əhalinin bir hissəsinin sosial vəziyyətinə mənfi təsir göstərəcək.
“Çox güman ki dünya bazarında qiymət artımı olduğuna görə, Azərbaycanda da eyni vəziyyət müşahidə olunub. Əhalinin böyük hissəsinin daha çox istifadə etdiyi “Ai-92” markalı benzinin qiyməti artmayıb. Bu da əhalinin bütün təbəqələrinin sosial vəziyyətinə təsir göstərəcək. Yeni qiymət artımı əhalinin bəzi hissəsinə mənfi təsir göstərəcək”,- deyə F.Mustafa bildirib.
Deputat vurğulayıb ki, Azərbyacan benzin emal edən ölkədir: “Yaxşı olardı ki bizdə benzinin qiyməti əhalinin əmək haqqısına cavab verən şəkildə olsun. Ümid edək ki bundan sonra “Ai-92” markalı benzinin qiymətində artım olmayacaq. Artımlar olacaqsa, o zaman əhalinin əmək haqqısı da artırılmalıdır”.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes