Bu şəxsləri 10 min manatadək cərimə gözləyir - Xəbərdarlıq
22-10-2018, 12:06
Oxunub: 4 216
Açıq məkanda reklam yayımlayan sahibkarlar onları tez bir zamanda qeydiyyatdan keçirməlidirlər
Əks təqdirdə həmin sahibkarlara qarşı qanunvericilik çərçıvəsində müvafiq addımlar atılacaq
Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin məlumatında bildirilib. Qeyd olunub ki, tələblərə əməl etməyən reklam yayıcılarını 10 000 manatadək cərimə gözləyir. Artıq bəzi ərazilərdə icazəsiz reklamların söküntüsünə başlanılıb.
Ərazidə monitorinq aparan Dövlət Reklam Agetliyinin Bakı şəhər Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müfəttişlərindən biri Orxan Oruczadə deyib ki, işimizin əsas təməli reklam yayıcıları ilə nəzakətlə ünsiyyət qurub, onları maarifləndirməkdir. Agentlikdə çalışdığı vaxt ərzində işinə böyük məsuliyyətlə yanaşdığını bildirən müfəttiş vəzifəsinin böyük səbr və təmkin tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, öhdəlikləri rahatlıqla icra etmək üçün texniki təchizatla təminat müfəttişlərin işini xeyli asanlaşdırıb. Belə ki, əvvəllər reklam lövhələrinin səthi ənənəvi üsulla ölçülürdüsə, indi məsafədən ölçmə cihazı onların işini rahatlaşdırmaqla yanaşı, vaxta qənaət baxımından da mühüm əhəmiyyət kəsb edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər