BolgeXeber.Com » Sosial » Əlillik meyarları dəyişəcək: "I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb”
Əlillik meyarları dəyişəcək: "I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb”
14-11-2018, 12:34
Oxunub: 3 085
"Azərbaycanda ümumilikdə 618 min əlil var. Onlara verilən müavinətlər mərhələli şəkildə artırılacaq”.
Bu sözləri Modern.az-a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əlillərlə bağlı ümumi konsepsiya dəyişdiriləcək:
"Əlillərlə bağlı yeni konsepsiya hazırlanacaq. Bu gün 52 növ sosial müavinət var. Onlar unifikasiya olunacaq. Eyni zamanda, əlillik meyarları dəyişəcək. Çünki I, II, III qrup əlillik sovet vaxtından qalan anlayışdır. Bütün dünyada əlillik əmək qabiliyyətini və ya özünəqulluq qabiliyyətini itirmə faizi ilə müəyyən olunur. Ona görə bu dəyişikliklər ediləcək ki, kimlərə müavinət ödənilsin. Məsələn, bu gün III qrup əlillərə 55 manat məbləğində vəsait ödənilir. Bu müavinətin ödənilib – ödənilmədiyini işçi qrup müəyyən edəcək. Artıq dünya təcrübəsinə uyğun olaraq araşdırma aparılır. Bu çox böyük bir işdir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər