Tovuzda dağılmış MƏKTƏB: - “Şagirdlər yağış və qar altında dərs alırlar”
26-02-2019, 13:51
Oxunub: 5 604
Sosial şəbəkələrdə 1980-ci ildə istifadəyə verilən və bu günədək təmir olunmayan Tovuz rayon Şah İsmayıl Xətai adına Köhnəqala kənd tam orta məktəbinin durumu ilə bağlı ciddi müzakirələr aparılır
Bildirilir ki, 39 ildir istifadəyə verilən məktəb hazırda qəzalı vəziyyətdədir. Məktəbdə qışda uşaqlar qapısı və bacası, divarları uçmuş, istiliyi olmayan otaqlarda dərs alırlar.
Məktəb binası 1980-ci ildə inşa edilib, müasir tipli olmaqla 640 yerlikdir, hazırda 470 şagird burada təhsil alır. Məktəbdə 46 müəllim, 27 texniki işçi çalışır. Məktəb binasının əsaslı təmiri üçün aidiyyəti qurumlara müraciət olunsa da, hələ də səs-soraq yoxdur.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən məktəbin direktoru Əli Məmmədrzayev bildirib ki, məktəb 1980-cı ildə istifadəyə verilsə də, bu günədək təmir edilməyib: “Artıq məktəbin yenidən təmir olunması üçün layihə də hazırlanıb. Yeni təsdris ili üçün təmirə başlanacağı gözlənilir. Təhsil Nazirliyindən və digər müvafiq qurumların əməkdaşları məktəbə baxış keçirmək üçün gəlib-gedirlər”.
Əli Məmmədrzayev deyib ki, təhsil ocağının qəzalı vəziyyətdə olmasına baxmayaraq, bu, şagirdlərin davamiyyətinə təsir etmir: “Qışın günüdür, yağış, qar yağanda məktəbin otaqlarına tökülür. Bununla belə məktəbdə qaz yoxdur, sinif otaqları qazla qızdırılır. Bütün bu çətinliklərə baxmayaraq şagirdlərin davamiyyəti yaxşıdır”.
Direktor deyib ki, son 10 ildə bu məktəbdə hər il 650-dən yuxarı bal toplayan şagirdlər ali məktəbə daxil olur: “Son 10 ildə 114 nəfər şagirdimiz ali məktəbə qəbul olub. Onların arasında ən az bal toplayan 400 olub. Ötən il iki şagirdimiz 650-dən çox bal (biri 685, digəri 672 bal) toplayıb. Ümid edirik ki, qısa zaman kəsiyində məktəbimiz yenidən təmir olunaraq, Qafqazın ən müsair elm ocaqlarından biri olacaq”.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər