Problemli kreditlərin həlli üzrə yeni elektron resurs hazırlandı
9-03-2019, 16:45
Oxunub: 4 435
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs hazırlayıb.
Bununla bağlı mərkəzdən məlumat verilib.
Elektron resursun ilk bölümündə qanunvericilik bazası yer alıb. Hazırda həmin bölümdə prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı fərman yerləşdirilib.
İkinci bölümdə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan kalkulyator yer alıb.
Yeni elektron resursun digər bölümü fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölümdə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə fərmanın əsas məqamlarını vizual olaraq izah edən infoqrafika və videoçarxlar yerləşdirlib.
Sonuncu bölüm tez-tez soruşulan suallara aid edilib. Bu bölümdə fərmanla bağlı ən aktual məsələlər, eləcə də, problemlərə dair suallar cavablandırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər