Restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi? - ŞƏRH
25-05-2019, 11:37
Oxunub: 6 331
Fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə beş il müddətinə (bir il güzəşt müddəti ilə) 1 faiz dərəcəsi ilə yeni kredit təklif olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov özünün sosial şəbəkə hesabından paylaşım edib.
O bildirib ki, artıq bir sıra problemli kreditlərin restrukturizasiyasına başlanılıb.
"Son iki gündə bizə bu məsələ ilə bağlı ən çox ünvanlanan sual belədir: yeni qaydalara əsasən, restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi? Qeyd edək ki, fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə beş il müddətinə (bir il güzəşt müddəti ilə) 1 faiz dərəcəsi ilə yeni kredit təklif olunur.
Yeni mexanizmə görə, bank restrukturizasiya çərçivəsində yeni kredit xəttinə daha ağır şərtlər daxil edə bilməz. Eyni zamanda, əgər bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa, o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir. Yəni problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar.
Amma əgər bank restruktrizasiya olunacaq problemli kreditin yeni şərtləri ilə bağlı kredit götürən vətəndaşla razılıq əldə etməzsə, o zaman bank restrukturizasiya müqaviləsi bağlamaya bilər.
Şərtlər əvvəlki kredit xəttindən ağır olmamalıdır, amma qaydalara əsasən, restrukturizasiya üçün bankla müştərinin öncədən razılığına ehtiyac var. Amma əgər restrukturizasiya müqaviləsi bağlanacaqsa, o zaman zaminlər artıq zamin hesab olunmayacaqlar və onların heç bir öhdəliyi olmayacaq.
Deməli, əgər siz zamin olmusunuzsa və həmin kredit xəttinin restrukturizasiya ilə bağlı yeni müqavilə imzalanıbsa, o zaman siz artıq zamin hesab edilmirsiniz və hətta yeni kredit üzrə gələcəkdə yubanma olsa belə, sizdən daha krediti götürənin əvəzinə ödəniş etmək tələb oluna bilməz”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər