Bakıda övladlarının ac qalmasına dözməyən ata özünü asıb
3-04-2013, 11:05
Oxunub: 4 931
"Uşaqları bu vəziyyətdə görüb dözə bilmirdi".
Bakının Sabunçu rayonu ərazisində kasıblıq ailəyə faciə gətirib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, övladlarının ac qalmasına dözməyən ata həyatına qəsd edib.
“Kasıblıqdan əziyyət çəkirik. İki uşağım yarıac, yarıtox dolanır. Polad uşaqları bu vəziyyətdə görüb dözə bilmirdi. Mühafizəçi işləyirdi. Aldığı maaş dolanışığımıza bəs etmirdi. Axırda da özünü öldürdü”, - deyə mərhumun həyat yoldaşı hadisədən sonra istintaqa belə deyib.
Dəhşətli ailə faciəsi Pirşağı qəsəbəsi Sovxoz küçəsində yerləşən evlərdən birində baş verib. Qəsəbə sakini, 34 yaşlı Polad Astarov özünü yaşadığı evdə öldürüb.
“Dünən evə gecədən keçmiş gəldi, sərxoş idi. Gələn kimi yatdı. Gecə saat 2-də qəflətən oyanıb onu yerində görmədim. Evi, həyəti axtardım, axırda evimizin köməkçi tikilisində asılmış meyitini gördüm. Qorxumdan yaxına dura bilmədim, qardaşına zəng etdim, o gəlib kəndiri kəsib, meyiti yerə qoydu”, - deyə uşaqları yetim qalan ana hadisəni göz yaşı içərisində danışıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
P.Astarov Bakıdakı mühafizə xidmətlərindən birində işləyirmiş. Onun iki azyaşlı uşağı qalıb
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər