Ünvanı səhv düşən ünvanlı sosial yardım, yoxsa sosial bəla?
7-04-2013, 13:20
Oxunub: 6 854
Bizdə ilk baxışdan niyyətində yaxşı məqsədə qulluq etmək ideyası daşıyan qərarlar həyata keçən mərhələdə faktiki olaraq əcaib,eybəcər şəkil alır. Sözümə qüvvət olaraq elementar misal gətirim. Azərbaycanda əqli kəsən demək olar hər kəsə məlumdur ki , aztəminatlı ailələr üçün nəzərdə tutulmuş və hər ay pul şəklində verilən sosial müavinat alanlar o kateqoriya siyahısına düşmək üçün mütləq alacağı illik pulun 30-40%-ni rüşvət qisimində dövlət qulluqçusuna verməlidir.Həmin məbləğ məmura ya əvvəlcədən nağd şəkildə, ya da sonra hissə-hissə verilməlidir. Bu rəzaləti quranlar onu elə fikirləşiblər ki, yardım olan binəva (ya avam) vətəndaşın dövlət qulluqçusunu “aldatmaq”imkanı olmasın.Maraqlıdır ki, plastik kartların bizdə tətbiqi rahatçılıqla bərabər korupsiyanın qarşısını almaq məqsədi daşıdığı halda bizim “yaradıcı” təbiətli məmurlar bu məsələdə də “gözəl” çıxış yolu tapıblar.Vətəndaşın yardım almaq üçün tələb olunan rüşvəti nağd verməyə gücü çatmadıqda ona humanistcəsinə şərait yaradılır ki, qol çəkib, kodu verib kartı həmin məmurun ixtiyarına verir. Həmin məmur isə yardımın öz haram payına düşən 4-5 ayını aybaay özü götürəndən sonra qətiyyən utanıb-xəcalət çəkmədən kartı öz halal sahibinə qaytarır. Vətəndaş “ağıllı” çıxdığı təqdirdə isə,yəni tələb olunan hər bir sənədi punktual olaraq toplayaraq ona düşən yardım pulunu pulsuz-parasız almaq fikrinə düşsə, bizim suya getməyən “bicok” məmur, həmin adama həyatın mənasını onun(həyatın) Azərbaycanda rəsmi statistikanın əksinə olaraq elə də gözəl olmamasını başa salacaq . Reallıq odur ki, o halda həmin binəva,(əsl bu sözün yeridir) min-bir bəhanə ilə yardım düşənlər siyahısına salınnmayacaq. Bu işdə məmurlara qanunda olan boşluqlar da kömək olur. Sistem elə qurulub ki, yardımın kimə düşüb, kimə düşməyəcəyi tam olaraq onu müəyyən edəndən aslıdır və vətəndaşın şikayətinə heç bir məhəl qoyulmur. Çünki vətəndaşın şikayət edəcəyi şəxs çox zaman qanunsuzluğu edənlə əlbir olur. Bunun belə olmasını məntiq də təsdiq edir.Əks halda , bu mümkün deyildir ki, kütləvi çəkildə edilən qanunsuzluqları adi vətəndaşlar bilsin, ancaq hüquq-mühafizə orqanları bilməsin.Çünki, eksperiment kimi iki daşı üst-üstə qoy,görəcəksən ki, sahə müvəkkilli başının üstünü kəsdirib və etdiyin əməlin qanunsuz olduğunu sənə bildirib üçüncü daşı qoymağa pul-rüşvət almamış ömründə qoymaz. Əslində bu cür qanunsuzluqlar gözümüzdə adiləşsə də bu dövlətçiliyimizə birbaşa zərbədir.Yəni “vacib” deyil ki, torpaqlarımızın qalan hissəsi də işğal olunsun.Dövlət bu halda içindən qanunsuzluqlardan, öz-özünə də dağıla bilər. Bundan başqa adi vətəndaş qanunsuzluqlara qarşı dövlətin heç bir tədbir görməməsinin şahidi olduqca və özü də heç nə edə bilmədikcə (kimdən kimə şikayət edəsən?!) onda dövlətinə qarşı məhəbbət ölür, o nifrətə çevrilir. Düzdür, bir müddət əvvəl sosial yardımın verilməsilə bağlı 30-40 nəfər xırda məmuru cinayət məsuliyyətinə cəlb etmiş, işdən çıxartmışdılar.Ancaq onlar elə də ciddi fiqurlar deyildirlər ,daha çox “günah keçiləridirlər”.Bildiyimiz kimi isə balıq adətən başdan iylənir. Həm də onlar çox guman ki,həmin “qurbanlıqlar” heç də qanunsuz iş gördüklərinə görə yox, bəlkə də “qazandıqları” pulu bosslarından gizlətdiyinə, onlarla bölüşmədiyinə və ya plana düşdüklərinə görə cəzalanıblar ki, əgər araşdırsaz görərsiniz ki, hal-hazırda əvvəlki yerlərində işləyirlər. Aydın məsələdir ki,axırıncı halın baş verməsi də rüşvət nəticəsində baş tutub. Son olaraq onu da qeyd edim ki, sadaladığım qanunsuzluqlar səbəbindən yardım üçün dövlət qurumuna müraciət edənlərin faktiki olaraq milyoner olmasının, ya da ki, gəlirini çox cüzi olmasının heç bir önəmi yoxdur.Əgər Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayının165750 olmasını nəzərə alsaq tam əminliklə demək olar ki, göz qabağında hər il böyük rəqəmli korrupsiya olayı baş verir. Əlbəttə, bu məsələdə yardım almaq istəyən vətəndaşların da günahı az deyil. Vətəndaşların çoxu cahillikdən özləri də rüşvət verməyə meyllidirlər və öz hüquqlarını tələb etmirlər, mübarizə ruhunda yaşamırlar. Əslində normal vətəndaş nə qədər ehtiyacı olsada bu cür şəkildə verilən yardımdan imtina etməlidir, onu boykot etməlidir və vəziyyəti kökündən dəyişməyə çalışmalıdır. Sadəcə olaraq bir çox pisixoliji cəhətdən “heç olmasa 7 ayını alacam,neyləmək olar,bu da qənimətdir.Mən verməsəm ,ala bilməyəcəm, ancaq başqası onsuz da pul verib alacaq” kimi səhv məntiq ilə düşünüb hərəkət edir ki, onu da bu baxımdan tam qınamaq olmaz. Əlbəttə, insanlarımız şüur cəhətdən inkişaf etmədikcə,sağlam,düzgün vətəndaş mövqeyi nümayiş etdirmədikcə bu cür biabırçı hallar hələ çox davam edə edəcək. Ancaq hər bir halda həqiqətən ehtiyacı olan insanlarımıza ünvanlı sosial yardımın tam çatmaması çox ürəkağrıdan , hiddət doğuran dövləti vacib bir məsələdir.Daha maraqlı məqam isə yardım alan adi vətəndaşın, yarısı məmurlar tərəfindən ələ keçirilən sosial yardımın belə aybay ala bilməməsidir.Halbuki,kasıb insanın qəpik-quruşuna belə göz dikən məmur öz payını çox güman ki,yubadılmadan,problemsiz götürür.Bu sahəyə məsul iqtidar məmurlarının isə sosial yardım alanların hesabına hər ay pul köçürülməməsinin səbəbini büdcədə pul olmamasını bildirməsi isə bəhanədən başqa bir şey ola bilməz.Çünki,elə prezident özü belə orda-burda həmişə deməyi xoşlayır ki , bəs büdcəmizdə artıqlaması ilı pul var və həqiqətən hər gün təkcə neftdən 60 milyon dollar pul gəldiyi halda bücədə pul olmaması mümkün deyildir,üstəlik sosial fond birbaşa vergi hesabına dolmur ki ,durub orada pul yığılması gözlənilsin.
R.S.Hakimiyyətin diktatura ölkələrindəki son inqilabların azərbaycan xalqına da müsbət təsir edə bilməsindən qorxaraq korrupsiyaya qarşı ciddi mübarizəyə başlaması haqda bəyanatları ,bir sıra inzibati xarakterli müvəqqəti antikorrupsiya göstərişləri isə ikiüzlülükdən və gözdən pərdə asmaqdan başqa bir şey deyildir.Azərbaycan iqtidarının ölkədə korrupsiyanın kökünü kəsmək barədə kompaniya xarakterli tədbirlərin səmimiliyinə inana sadəlöhv insanlarımıza isə onun demək istəyirəm ki,siz allah məni güldürməyin və mənim vaxtımı,diqqətimi belə boş-boş şeylərlə almayın.Çünki, inanan daşa dönsün.Çünki iqtidar siyasətinin təməl daşlarından birindən- korrupsiyadan heç zaman imtina etməz.İndiki iqtidar heç zaman öz oturduğu budağı öz əli ilə kəsməz.Əks halda məmurlara müvəqqəti olaraq rüşvəti böyük narazıçılıq yaratmayacaq qədər azaltmaq haqda göstəriş edilməz ,həmin adamlar həqiqətən cəzalanar.Bu iqtidar bilir ki ,rüşvətsiz, quru, az maaşa dövlət qulluğunda heç bir adam işləməz və antikorrupsiya siyasəti həqiqətən ciddi və davamlı xarakter daşısa hakimiyyət yüzminlərlə məmuru özünə qarşı çevirmiş olar ki,bu da onun üçün yaxşı sonluqla qurtarmaz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər