Süpürgəçinin haqqına girən hakimlər
20-04-2013, 15:55
Oxunub: 6 959
Bir müddət əvvəl Sultanova Səmayə İbrahim qızının Yasamal rayon Məhkəməsində mülkiyyət hüququ olan evə köçürülməsinə dair iddiasının təmin edilməsi ilə bağlı hakim Sərdar Mehrəliyev qətnamə qəbul etmişdir. Lakin ondan əvvəl həmin işə baxan digər hakimlər Abbas Rzayev və Fuad Talışınski ədalətli qərar çıxarmaq əvəzinə mülkiyyətçi Səmayə Sultanovanın özünü təqsirləndirirdilər. Bu xüsusilə hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmə iclaslarında özünü büruzə verirdi.
Ynp.az bildirir ki,S.Mehrəliyev isə əsl hakim kimi işi ədalətlə araşdırıb Sultanova Səmayənin iddiasının təmin edilməsi barədə qətnamə qəbul etdi. Necə deyərlər ədalət zəfər çaldı. Bu səbəbdən də redaksiyamız vasitəsilə hakim Sərdar Mehrəliyevə öz təşəkkürümüzü bildirmişdik. Lakin Sultanova Səmayənin bu sevinci uzun çəkmədi. Belə ki, qarşı tərəf , yəni onu mülkiyyətinə buraxmayan cavabdeh tərəf Yasamal rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir və hal-hazırda həmin şikayətə Xuraman Məhərrəmovanın sədrliyi ilə məhkəmə kollegiyası tərəfindən baxılır. Lakin yenə də, tarix təkrar olunur. Belə ki, həmin işlə bağlı 4-5 iclas keçirilməsinə baxmayaraq hakimlər haqqı olanın haqqını verməyə tələsmirlər, yəni Səmayə xanıma məxsus yaşayış evinə mülkiyyəti təsdiq edən sənədi və daimi qeydiyyatı ola-ola onun həmin evə köçürülməsinə dair iddiasını təmin etmirlər. Görəsən hakimlərin ədalətli qərar verməsi üçün Səmayə xanım başqa nə etməlidir? Səmayə Sultanova redaksiyamıza əlavə olaraq bildirdi ki, onun hüquqlarını müdafiə edən hüquq müdafiəçisi “Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri, “Yeni nəsil” qəzetinin baş redaktoru Tağı Hüseynov Bakı Apellyasiya məhkəməsində də işin ədalətli həll ediləcəyinə inandığını və hakimlərin bu mülki işlə bağlı alternativ qərar çıxarmalarının mümkünsüzlünə əmin olduğunu bildirmişdir. Əks halda onun hüquqlarının müdafiəsi ilə bağlı ölkə Prezidentinə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara müraciət ediləcək və yaxın günlərdə mətbuat konfransı keçirilərək bəyənat veriləcəkdir.Doğrudanmı adi xadiməçi işləyən köməksiz qadının adi gözlə də görülə biləcək elementar hüququnu təmin etmək möhtərəm hakimlərə belə çətin gəlir?!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər