Fəzail Ağamalı bank faizlərini aşağı salmağa ÇAĞIRDI
12-11-2019, 17:46
Oxunub: 5 551
“2019-cu il ölkəmizin həyatında əhəmiyyətli hadisələrlə zəngin olub. Bu il kadr və struktur islahatları cəmiyyətimizə töhfə verməkdədir”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı, parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib. O bildirib ki, iqtisadi sferada artım, biznes fəaliyyətinin asanlaşdırılması, vergi ilə bağlı həyata keçirilən islahatlar 2019-cu ilin uğurları kimi qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, 2020-ci ilin büdcəsində təhsil xərclərinin 40 faizindən çox artması mühüm addımdır:
“Növbəti ilin büdcəsində əks olunan rəqəmlər iqtisadi-sosial inkişafımızın daha da yüksəlməsinə səbəb olacaq, qeyri-neft sektorunun inkişafında daha da irəliləyişlərin əldə olunmasına imkan yaradacaq”.
Ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını deyən deputat söyləyib ki, orta və kiçik biznesin iqtisadi artımda rolunu yüksəltmək üçün onun maliyyələşməsi daha da artmalıdır:
“Bu, ciddi uğurlara imkan yarada bilər”.
F. Ağamalı çıxışı zamanı texniki peşə məktəblərinin əhatəsinin genişləndirilməsi, rayonlarda yeyinti, emal müəssisələrinin açılmasının vacibliyini qeyd edib.
O deyib ki, bank pul krediti sistemində islahatların sürətləndirilməsi ən öndə duran vəzifələrdəndir:
“Bu istiqamətdə işlər həyata keçirilsə də, bütün bunlar daha da artırılmalıdır. Azərbaycanda bank aktivləri 17 milyard manatdır, aktivləri artırmaq, faizləri aşağı salmaq əhəmiyyətli olardı”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər