Füzuli Ələkbərovdan şok qərar
15-04-2011, 11:45
Oxunub: 8 612

Quba, Yardımlı və Xızı rayonlarının Əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 11 nəfər məsul əməkdaşları işdən qovuldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım və tibbi-sosial ekspertiza ilə bağlı əhaliyə göstərilən xidmət səviyyəsinin, komissiyalarda və əhalinin sosial müdafiəsi mərkəzlərində çalışan işçilərin məsuliyyətinin artırılması, vətəndaşların müraciətinə baxılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirib. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Bolgexeber.com-a verilən məlumata görə, vəzifələrinin icrasında, həmçinin vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə Quba, Yardımlı və Xızı rayonlarının Əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 11 nəfər məsul əməkdaşları vəzifələrindən azad edilmiş, 5 rayonun (Kürdəmir, Sabirabad, Zərdab, Biləsuvar, Ağcabədi) mərkəz direktorları müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılmış, 15 nəfərə isə töhmət verilib. İctimai nəzarətin gücləndirilməsi məqsədilə “Ünvanlı sosial yardım təyin edən“ Komissiyanın Əsasnaməsinə əlavə və dəyişikliklər edilərək Komissiyanın üzvləri siyahısına təşkilati – hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatların (qeyri hökumət və həmkarlar ittifaqları daxil olmaqla) nümayəndələri də daxil edilib.
Son 3 ay ərzində ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlilliyin müəyyən edilməsi ilə əlaqədar 800-dən çox ərizə birbaşa nazirliyin əməkdaşları tərəfindən, 55 ərizə isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının əməkdaşları ilə birgə vətəndaşların iştirakı ilə araşdırılmış və müvafiq tədbirlər görülüb. Bununla yanaşı, 6 Zona üzrə Tibbi-sosial ekspert komissiyalarının (Bakının Xətai, Nizami, Nərimanov rayonları üzrə 2 nömrəli Zona TSEK, Gəncə, Göyçay, Daşkəsən rayonları üzrə 7 nömrəli zona TSEK, Göyçay, Ağdaş rayonları üzrə 15 nömrəli əsas baza Zona TSEK, Zərdab, Ucar, Kürdəmir rayonları üzrə 15 nömrəli səyyar TSEK, Tovuz, Qazax, Ağstafa rayonları üzrə 16 nömrəli TSEK və Ağcabədi, Ağdam rayonları üzrə 18 nömrəli səyyar TSEK) sədrləri müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər