“Yalvartmaq lazım deyil!” - Laləni işə götürmürlər
29-11-2019, 11:43
Oxunub: 4 730
"Hara baxırsan işə 30 yaşa qədər qəbul edirlər! Ay millət, bizdə 30 yaşdan təqaüdə çıxırlar ki? "Ya da, gənc kadr olsun, ancaq təcrübəsi ən azı bir neçə il olmalıdır!" deyirlər... - Gülüncdür!".
Bolgexeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lalə Mustafayeva söyləyib. Sonuncu dəfə "Maşın" realiti şousu ilə gündəmə gələn Lalə işsizlikdən gileylənib:
"Gənc kadr yetim harada təcrübə alsın? Biz - 30-35 yaşı olanlar artıq lazım deyilik?! İllər öncə düşünürdüm ki, 30 yaşımdan sonra daha ağıllı, müdrik, savadlı, təcrübəli olacam! Amma, əksinə... 30 yaşa çatıb işsiz qaldım!
İşə qəbul edənlərədir sözüm, ay ağıllılar, siz məgər ana bətnindən çıxanda danışa, gəzə bilirdiniz və doğulan kimi vəzifədə olmusunuz?! Allah hər şeyi görür! İnsanları yalvartmaq lazım deyil! Siz Allah deyilsiniz! Bir az fərqlisənsə, həyat çətinləşir.
Düşünməyin ki, bu cür xanımlar gözəl həyat sürür! Əxlaqsız və sırtıqlar ancaq lüks həyat yaşayır! Biz isə kimlərəsə sübut etməyə çalışırıq ki, bacarıqlıyıq və əxlaqımızı qoruyub pul qazanmaq istəyirik! Bizə iş verin, görün ki, 2-3 həftəyə hər şeyin öhdəsindən gələ biləcəyik!".
Qeyd edək ki, aparıcı uzun müddət "Lider" TV-də çalışıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər