BolgeXeber.Com » Sosial » Azərbaycanlı məşhur müğənni: "Masallının yolları xaraba günə qalıb" - VİDEO

Azərbaycanlı məşhur müğənni: "Masallının yolları xaraba günə qalıb" - VİDEO

7-12-2019, 14:32
Azərbaycanlı məşhur müğənni: "Masallının yolları xaraba günə qalıb" - VİDEOAzərbaycanlı müğənni Niyam Salami Masallının yollarından şikayətlənib

Yeniavaz.com xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə video yayımlayıb.
O, videoda Masallının mərkəzi yollarının bərbad vəziyyətdə olduğunu qeyd edib:
“Azərbaycan bizim vətənimizdir, torpağımızdır, hər birimiz onu sevməliyik, yəni, bu borcumuzdur. Doğulduğun məkan isə bir az daha əziz olur. Amma hər kəs doğulduğu məkana gələndə üzü gülür. Mən isə doğulduğum məkana gələndə baxın... Prezidentimiz yollarla bağlı qərar verib, qəsəbədən tutmuş şəhərə qədər. Masallının yolları xaraba günə qalıb. Baxın əsas yola. Mən hələ başqa yerləri çəkməmişəm. Mərkəz yerləri, bazar tərəfi çəkməmişəm. Hansı ki, Şah İsmayıl Xətai kimi şəxsiyyətli insan gəlib Masallıdan keçib. Heç olmasa ona hörmət qoyun”.