BolgeXeber.Com » Sosial » İcbari sığorta yalnız bu evlərə aiddir (VİDEO)

İcbari sığorta yalnız bu evlərə aiddir (VİDEO)

17-12-2019, 16:10
Oxunub: 3 296 İcbari sığorta yalnız bu evlərə aiddir (VİDEO)İcbari sığorta yalnız çıxarışı olan evlərə aiddir.

2020-ci il yanvarin 1-dən etibarən evlərin icbari qaydada sığortalanmasına başlanacaq.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, yalnız qeydiyyatı olan evlər və obyeklər icbari qayadada sığortalanacaq. Lakin qeydiyyatı olan tikililərdən də icbari sığortaya cəlb edilməyənləri var.

Çıxarışı olan fərdi yaşayış evlərinin də icbari qayadada sığortalanmasında heç bir problem yaranmayacaq. Çünki burada əmlakın qiymətləndirilməsinə ehtiyac yoxdur.

Rəşad Əhmədov deyib ki, evlərin qeydiyyata alınması həm sığorta sektoru üçün, həm də fövqəladə risklər baxımından olduqca önəmlidir. Bu səbəbdən çıxarışı olmayan evlərin də sürətli şəkildə qeydiyyata alınmasına ehtiyac var.

Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Həmin şəxs cərimə olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsi bağlamasa, yenidən cərimələnə bilər.