BolgeXeber.Com » Sosial » Vahid Əhmədov : “Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var”.

Vahid Əhmədov : “Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var”.

30-04-2013, 11:35
Oxunub: 5 541 “Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var”.
Bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, 2008-ci ildə dünyada böhran olsa da, Azərbaycandan yan keçdi: “Azərbaycanın apardığı siyasət nəticəsində bu, böhran nəticəsində aradan qalxdı. Amma ölkədə bank sistemində müəyyən problemlər qalmaqdadır. İstehlak kreditlərinin faizinin yüksək olması əhaliyə mənfi təsir göstərir”.
Millət vəkili kredit faizlərinin yüksək olmasından şikayətlənib: “Təsəvvür edin, 22%-dən az kredit verən bank yoxdu. Buna görə də əhalinin evləri, maşınları banklarda girovdu. Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var. Bu probemlər aradan
qalxmalıdır”.bizimxeber.az