BolgeXeber.Com » Sosial » Suraxanıda dinamik inkişaf - Rayon sakinləri aparılan abadlıq işlərinə görə prezidentə minnətdarlıq edir(FOTOLAR)

Suraxanıda dinamik inkişaf - Rayon sakinləri aparılan abadlıq işlərinə görə prezidentə minnətdarlıq edir(FOTOLAR)

31-01-2020, 11:11
Oxunub: 8 027 Suraxanıda dinamik inkişaf - Rayon sakinləri aparılan abadlıq işlərinə görə prezidentə minnətdarlıq edir(FOTOLAR)Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq işləri aparılır, rayonun yolları yüksək sürətlə abadlaşır.

Bolgexeber.com xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində bütün küçələrin asfaltlanması işlərinə start verilib.

Beləki, Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələri yenidən qurulur.Qəsəbənin Qulu Quliyev, Tahir Bağırov küçələri asfalt vurulması işləri başladılıb.

Bunda başqa Yeni Suraxanı qəsəbəsində bütün küçələrin asfaltlanıb. Qasəbədə artıq 200 min kvadrat metr asfalt işi görülüb. 14 iyul küçəsi döngə 6, 7, 8, Yuxarı Mədən küçəsi döngə 1, 2, 3, Aşağı qəsəbə küçəsi döngə 1, 2, 1-ci, 2-ci Köndələn küçələri, çoxasaylı keçidlər, dalanlara asfaltlanma işləri tamamlanıb. Ümumilikdə, Yeni Suraxanı qəsəbəsində 300 min kvadrat metr asfalt işinin görülməsi işləri nəzərdə tutulub.

Qaraçuxur qəsəbəsində Şərq yaşayış sahəsində 12-ci döngə asfaltlanıb,Yeni Günəşli massivində məhəllədaxili yollar asfaltlanır, Hövsan qəsəbəsi Zeytun sovxozunda İbiş Məmmədov küçəsi asfaltlanıb, Südçülük sovxozunda 3 kilometr uzunluğunda mərkəzi yol, Oqtay Şabanov küçəsi asfalt vurulmasına hazırlıq gedir.

Qeyd edək ki, aparılan bütün işlərə icra başçısı tərəfindən ciddi nəzarət edilir. Yeni təyin olunmuş icra başçısı Əziz Əzizov mütamadə qəbullar keçirib, vətəndaşların problemləri ilə maraqlanır. İcra başçısı səyyar görüş-qəbulda sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək dövlət başçısının bu istiqamətdə həyata keçirtdiyi tədbirlərin davam etdirildiyini bildirdi.

Rayon rəhbəri bütün görüşlərində sakinlərin diqqətinə çatdırır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Suraxanıda bütün küçələr asfaltlanır və bu dahada genişlədiriləcək. Bundan sonrada ehtiyac olan yerlərdə yeni kanalizasiya və su şəbəkələri qurulacaq.

Daha sonra icra başçısı bildirib ki, Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev və Atamoğlan Rzayev küçələri yenidən qurulur. Qulu Quliyev və Tahir Bağırov küçələri asfalt vurulmasına hazırlanır. Qaraçuxur və Hövsan qəsəbələrində çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, liftləri yenilənir, abad həyətlər salınır. Sakinləri narahat edən qəsəbədaxili küçələrə asfalt örtüyünün vurulması ilə bağlı qaldırdıqlan bütün məsələlərin həlli istiqamətində işlərin də aparıldığı yerli əhaliyə bildirilib.

Sakinlər Suraxanı rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirlər.
Suraxanıda dinamik inkişaf - Rayon sakinləri aparılan abadlıq işlərinə görə prezidentə minnətdarlıq edir(FOTOLAR)
Suraxanıda dinamik inkişaf - Rayon sakinləri aparılan abadlıq işlərinə görə prezidentə minnətdarlıq edir(FOTOLAR)
Suraxanıda dinamik inkişaf - Rayon sakinləri aparılan abadlıq işlərinə görə prezidentə minnətdarlıq edir(FOTOLAR)
Suraxanıda dinamik inkişaf - Rayon sakinləri aparılan abadlıq işlərinə görə prezidentə minnətdarlıq edir(FOTOLAR)
Suraxanıda dinamik inkişaf - Rayon sakinləri aparılan abadlıq işlərinə görə prezidentə minnətdarlıq edir(FOTOLAR)