Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlərə güzəşt edildi
19-02-2020, 15:23
Oxunub: 4 611
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyə qədər 100 nəfər müraciət edib.
Məlumata görə, sənəd verənlərin arasında az sayda olsa da, ziyarətə təkrar getmək istəyənlər də var.
Bu il Həcc ziyarətinə təkrar getmək istəyənlərə güzəşt edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, onlar üçün nəzərdə tutulan əlavə ödəniş ləğv edilib. Ötən il bu rüsum 75 ABŞ dolları idi. Bu il isə Həcc ziyarətinə təkrar getmək istəyənlər həmin məbləği ödəməyəcəklər.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1 500 nəfərlik kvota ayrılıb. Ziyarətinin qiyməti isə 4 490 ABŞ dollarıdır.
Həcc ziyarəti Qurban bayramı ərəfəsində - iyulun 20-dən avqustun 15-dək baş tutacaq.
Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər