BolgeXeber.Com » Sosial » Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT

24-02-2020, 12:39
Oxunub: 3 853
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli vəzifəsindən azad olunub.

O, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölməsinə inspektor vəzifəsinə təyinat alıb.