BolgeXeber.Com » Sosial » Müavinət düzəltmək üçün rüşvət istəyirlər... - VİDEO

Müavinət düzəltmək üçün rüşvət istəyirlər... - VİDEO

2-03-2020, 13:24
Oxunub: 3 740
Müavinət düzəltmək üçün rüşvət istəyirlər... - VİDEO
Fazil müəllim bizə məsələni tez bir zamanda araşdırıb cavab verəcəyini desə də, 10 gün ərzində heç bir cavab verməyib.

Ötən il ağır avtomobil qəzasına düşüb şikəst olan Sabirabad rayon sakini Kərimov Xudaverdi Qurban oğlu Azinforum.az İnformasiya Portalına müraciət edib, aidiyyəti qurumların ona qanuni haqqı olan əlilliyə görə təqaüdü vermək üçün rüşvət istədiklərini deyib. Şikayətçi bu barədə verdiyi videomüsahibədə ətraflı danışıb. Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün, sorğu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Fazil Talıblıya müraciət etdik. Fazil müəllim bizə məsələni tez bir zamanda araşdırıb cavab verəcəyini desə də, 10 gün ərzində heç bir cavab verməyib. Hesab edirik ki, vətəndaşın şikayətində korrupsiya ilə bağlı araşdırıması zəruri olan xüsusatlar var. Yəqin ki, əlaqədar qurumlar bu məsələni diqqətdə saxlayacaq.