BolgeXeber.Com » Sosial » Acıların son arzuların çin olsun Vasif Turan!

Acıların son arzuların çin olsun Vasif Turan!

11-05-2013, 19:25
Oxunub: 6 504 Hamı kimi mən də ümidliyəm...
Bu gün cəmiyyətimizdə baş verən hadisələr və ona oxşar eybəcərlikləri saymaqla bitməz. hər gün mətbuatda izlədiyimiz faciələr eləcədə ölümlərdə səbəb və səbəbkarlar mövcutdur. Faciəvi hadisə əslində hər bir kəsin başına gələ bilər. Bu baxımdan nəinki təkcə jurnalistlər ,bütün cəmiyyət də başa gətirilən bu cinayətə laqeyd qalmamalıdır. Demakratik qurluşda cinayətin açılması istiqamətində aparılan cinayət işlərinə necə yanaşılmasın deyə bilmərəm, amma hüquqi dövlətlərdə kim olursan ol bunun bədəlini ödəməlisən dəyəri müqəddəsdir. Mən indidə caşıb qalıram ki, biz hansı qurluşda yaşayırıq. Cinayət edənlər və etdirənlər, onların arxasında duranlar bilməlidirlər ki, onlar insan deyirlər. Onlaın valideyinləri, qardaşları,bacıları olmadığı kimi vətənləri də yoxdur. Bu yazınıda bu vətənsizlərə yox, illərdir övlad acısı yaşayan, ömrünün sanyəsi, dəqiqəsi hətta saatları yas içərisində olan, həmkarım, səmimiliyi və tərbiyəsi ilə dostardan seçilən Vasif Turana yazıram. Bəlkə bu yazı onun sızıldayan qəlbinə azda olsa məlhəm olar. Baş verən faciəni törədənlər,nəinki hüquqa və qanuna, insanlığa sığmayan bir cinayət törədmişlər. İndidə cinayətin ört,bastır edilməsindən ötəri hər vasitəyə əl atırlar. Onlar bilməlidir ki, təzyiq vasitə mexanizmi deyil,insanlıq normalarının ayaqlanmasıdır. Hamı kimi mənə də çox maraqlı orasıdır ki, ölkənin inkişaf etdiyi bir dönəmdə bu cinayət işinin bu qədər yubadılması anlaşılan deyil. Artıq 2 ilə yaxındır ki, məsələ ilə bağlı açıan cinayət işindən bir xəbər yoxdur. İki övladını faciəvi şəkildə itirən bir ataya sevindirici xəbər bu cinayətin açılması və düşmənlik edənlərin layiqli cəzasına çatmasıdır. Açıq-aydın görünür ki,hadisə ilə bağlı istintaq bilərəkdən obyektiv aparılmır. Deyə bilərəm ki, bu cinayətin açılmamasında maraqlı olan insanlar var. Digər həmkarlarım kimi mən də əminəm ki, buna oxşar hadisə yüksək vəzifəli məmur övladlarının başına gətirilsə idi ,cinayətkar bir-iki günə tapılardı. İndi kriminalistika elmi dünyada elə inkişaf edib ki, hətta 100 il əvvəl baş vermiş, cinayət hadisəsini detallarınacan müəyyən etmək olur. Bu baxımdan hadisənin əsl səbəbinin aşılmaması istintaq orqanlarının peşəkarlığının bizdə aşağı olmasından yox, cinayətkarın "kirişa"sının pulunun çox olmasından irəli gəlir. Mən də hamı kimi , ümid edirəm ki, dövlətə utanc gətirən bu cinayət hadisəni törədənlər yaxın zamanlarda öz cəzalarına catacaqlar. Buna adım kimi əminəm! Bu cinayətin günahkarları layiqli cəzasın almayınca dövlət öz vətəndaşının təhlükəsizliyindən danışa bilməz. Azəri News.org ailəsi olaraq hər zaman, bir vətəndaş kimi Vasif Turanın yanında olaraq ona Allahdan səbr diləyirəm. Allahdan gələn, bir gün Allaha qovuşacaq əziz qardaş. Allah o, məsum körpələrini rəhmət eləsin, nur içində yatsınlar. Amin!!!

Fikrət Fərhadoğlu

Azəri News.org-un baş redaktoru