Təhsil Nazirliyindən şagirdlərə güzəşt edilməsi ilə bağlı AÇIQLAMA
14-04-2020, 13:41
Oxunub: 5 811
“Hazırda koronavirus pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Təbii ki, bəlli bir vaxtdan sonra karantin rejimi ləğv ediləcək. Şagirdlərimiz tədris müəssisələrində dərslərə davam edəcəklər”.
Bunu Təhsil nazirinin müavini İdris İsayev “Real” TV-də çıxışı zamanı bildirib.
O qeyd edib ki, karantin rejimi dövründə şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələsinə fərdi yanaşma olmalıdır:
“Aktiv təhsil prosesi başlayanda müəllimlər, pedaqoqlar müəyyən vasitələrdən istifadə edərək, şagirdlərimizin teledərslər və onlayn dərsləri necə mənimsəməsi barədə qiymətləndirmə aparacaqlar.
Bundan sonra müvafiq qərar qəbul ediləcək. Texnoloji proqramlarda müəyyən qiymətləndirmə var, hazırda bununla bağlı dəqiq cavab vermək mümkün deyil. Təhlillər apardıqdan sonra Təhsil Nazirliyi tərəfindən qərar veriləcək”.
İ.İsayev qeyd edib ki, şagirdlərə hər hansı güzəştin edilməsi ilə bağlı indidən danışmaq tezdir:
“Şagirdlər, tələbələr təhsil müəssisələrinə qayıtdıqdan sonra bu barədə danışmaq olar. Mövcud vəziyyəti heç kim gözləmirdi. Təbii ki, bütün imkanlardan istifadə olunaraq, təhsilalanlara maksimum dərəcədə kömək ediləcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər