BolgeXeber.Com » Sosial » Deputat Malik Həsənovun təşəbbüsü ilə Cəlilabadda 500 ailəyə ərzaq paylandı - Fotolar

Deputat Malik Həsənovun təşəbbüsü ilə Cəlilabadda 500 ailəyə ərzaq paylandı - Fotolar

15-04-2020, 18:42
Oxunub: 10 436 Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Cəlilabad rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.
Bolgexeber.com-un bölgə müxbirinin verdiyi məlumata görə Cəlilabad rayonundan seçilmiş deputat Malik Həsənovun təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilir. Rayonda yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 500 ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar. Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.
Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 Həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.