BolgeXeber.Com » Sosial » Suraxanıda növbəti dəfə 250 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət yardımlar paylandı
Suraxanıda növbəti dəfə 250 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət yardımlar paylandı
19-04-2020, 17:02
Oxunub: 6 051
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, Suraxanı rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində sanitar-profilaktik işlər davam etdirilir, infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, eləcə də fərdi izahetmə-xəbərdarlıq işinin aparılması mütəmadi həyata keçirilir.
Eyni zamanda, xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə rayonda xüsusi diqqət və qayğıya ehtiyacı olan ahıl, tənha şəxslərə, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiya davam etdirilir. Növbəti dəfə 250 belə ailə ziyarət edilərək onlara ərzaq məhsullarından ibarət sovqatlar paylanmışdır. Eləcə də pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə ətraflı məlumat verilmişdir. Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etmələri tövsiyə olunmuşdur.
Suraxanı rayon sakinləri göstərilən diqqət və qayğıya, atılan xeyirxah addıma görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildirmişdir.
























Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər