BolgeXeber.Com » Sosial » Məmmədlidə və Mehdiabadda aztəminatlı ailələrə ərzaq yardım paylanılıb-FOTO

Məmmədlidə və Mehdiabadda aztəminatlı ailələrə ərzaq yardım paylanılıb-FOTO

6-05-2020, 13:56
Oxunub: 7 043 Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda “evdə qal!” çağırışının təmin olunması məqsədi ilə Abşeron rayonu Məmmədli   və  Mehdiabad qəsəbəsində aztəminatlı ailələrə yardım paylanılıb.

 Ərzaq yardımı Abşeron rayonu Məmmədli kəndinin  və  Mehdiabad qəsəbəsinin bələdiyyəsi və icra nümayəndəlikləri tərəfindən sahibkarların,yerli dövlət qurumlarının dəstəyi ilə həyata keçirilib
 
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
 
Qeyd edək ki,Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun ölkədə uğurla həyata keçirdiyi sosial layihə davam edir. Fond tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə, tənha şəxslərə və yaşlı insanlara ərzaq dəstəyi göstərilir, onların sağlamlığının və müalicəsinin qeydinə qalınır.
Bolgexeber.com