Rəsmi maaş alanlara sevindirici xəbər- Karantindən sonra belə olacaq
11-05-2020, 18:36
Oxunub: 6 346
“İşsizlikdən sığorta haqqında” Qanuna əsasən, işəgötürən hər ay hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi miqdarında öz hesabına, 0,5 faizi miqdarında isə işçinin əmək haqqından məcburi işsizlikdən sığorta haqqı hesablayaraq tutmalıdır.
Bolgexeber.com redaktor.az -a istinadən xəbər verir ki, hesablanmış məbləğ əmək haqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Dövlət Sosial Müdafiə Fonduna ödəməlidir.
Həm sahibkarın, gəm də işçinin DSMF-yə ödədiyi vergi yüksək olduğundan, bəzən sahibkarlar işçini rəsmi şəkildə işə götürmürlər və ya işçilər rəsmi əmək müqaviləsindən imtina edirlər. Bəzi hallarda isə işçiyə verilən əmək haqqı əmək müqaviləsində daha az göstərilir. Bu isə həm də vergidən yayınma hallarına gətirib çıxarır.
Yüksək vergi faizi işçi-sahibkar-dövlət münasibətlərinin qeyri-şəffaf şəkildə formalaşmasına gətirib çıxarır.
İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni təstiq olunmuş vergi paketində bu problem öz həllini tapıb:
"Nəzərinizə çatdırım ki, 2019-cu ildən qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlar gəlir vergisindən tamamilə azad edilib. Ötən cümə günü isə parlamentdə yeni vergi güzəşti paketi təsdiq olundu. Sosial haqlar üzrə dərəcələr orta hesabla iki dəfə azaldıldı. Gəlir vergisi sıfırlanandan sonra əlavə 270 min yeni əmək müqaviləsi bağlanıb. Odur ki, bu problem artıq öz həllini tapıb"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər