BolgeXeber.Com » Sosial » Salyanda görülən müsbət işlər göz qabağındadır-FOTO

Salyanda görülən müsbət işlər göz qabağındadır-FOTO

5-06-2020, 11:34
Oxunub: 4 380 Bolgexeber.com xəbər verir ki,bir qrup  media nümayəndəsi Salyan rayonuna səfər edib. 
Səfərin məqsədi Salyan rayonunda görülən işlərlə tanış olmaq olub.
Səfər çərçivəsində  jurnalistlər Salyanın Noxudlu, Xurşud, Kür Qaraqaşlı, Sarvan, Qarabağlı, Xələc, Parça Xələc ,Kərimbəyli  Bazanlı Şorsulu, Arbatan kəndlərində sakinlərlə görüşüblər.
Söhbət zamanı sakinlər onlara göstərilən diqqət və qayğıya görə cənab prezident İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər və  vurğulayıblar ki, Salyan rayon icra Hakimiyyəti başçısı Sevindik Hətəmov karantin rejiminin olmasına baxmayaraq daima iş başındadır və  onların problemləri ilə maraqlanır.
Vətəndaşlar Salyanda bütün dövlət qurumlarınınn fəaliyyətindən razılıqlarını  qeyd ediblər. Sakinlər KİV nümayəndələrinə bildirdi ki, Salyanda son zaman böyük işlər görülüb.
Görüş zamanı sakinlər həmçinin bildiriblər ki,Sevindik Hətəmov İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan gündən Salyan rayonunda abadlıq quruculuq işləri sürətlə aparılır,kənd yollarının yenidən qurulur,asfalt yollar çəkilir, ağaclar əkilir.
Jurnalistlərin sakinlərlə görüşlərindən belə məlum oldu ki:
 
 "Salyanda pandemiya dövrü başlayandan koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq keçirilir , əhalinin koronavirusdan qorunması üçün də təxirəsalınmaz tədbirlər görülür.  Salyan Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargah, demək olar ki, bu sahədə başlanan maarifləndirmə işlərini daim davam etdirir. Rayon rəhbərliyi başda icra başçısı  Sevindik Hətəmov  olmaqla  Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına əməl etməklə əhalinin sağlamlığının qorunması istiqamətində çoxsaylı  işlər görür. Sevindik Hətəmov mütəmadi olaraq əhali arasında maarifləndirmə işlərində iştirak edir.
 Salyan Rayon İcra Hakimiyyəti (İRİH) karantin dövründə dəfələrlə ,gəlir yerlərindən müvəqqəti məhrum olmuş, aztəminatlı ,imkansız,ailələrə, həmçinin əlil və ahıl insanlara ərzaq yardımı aksiyası təşkil edib.
 
İcra başçısı Sevindik Hətəmov daima sakinlərin yanında olur,əhali arasında maarifləndirmə işləri aparır və karantin dövründə sakinlərə öz tövsiyyələrini verir. İcra Başçısı Sevindik Hətəmov hər zaman vətəndaşlarla mütəmadi olaraq görüşməsi və onların problemlərni aradan qaldırlmasında kömək edir, Şəhid ailələrinə hər zaman diqqət və qayğısın əsirgəmiyən başçı onlarla tez-tez görüşlər keçirdir. Salyan rayonunda hər kəsi tək- tək qəbul edən başçı onların problemlərini dərhal aradan qaldırlmasına kömək edir bu da onu subut edir ki, Ölkə başçısı Cənab İlham Əliyevin göstəriş və tapşırığları vaxtı vaxtında həyata keçirən Sevindik Hətəmov məmur kimi  ona göstərilən etmadı doğruldur.
Hazırladılar:Müxbir Niyaməddin Səlimov,Operator Ayət Şükürov
BÖLGƏ TV