Ali məktəblərə sənəd verənlərin sayı 88171-ə çatıb
6-06-2020, 14:50
Oxunub: 5 517
Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, indiyədək ərizə verən abituriyentlərin sayı 88171-dir. I-IV qrup üzrə 71224 abituriyent ərizə verib. Onlardan 65194-ü Azərbaycan, 6030-u rus bölməsindəndir.
I qrup üzrə indiyə qədər 30229 (27750 nəfər Azərbaycan, 2479 nəfər rus bölməsi), II qrup üzrə 13773 (12430 nəfər Azərbaycan, 1343 nəfər rus bölməsi), III qrup üzrə 22165 (20604 nəfər Azərbaycan, 1561 nəfər rus bölməsi), IV qrup üzrə 5057 (4410 nəfər Azərbaycan, 647 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.
V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 55961 nəfərdir, onlardan 52318 nəfəri Azərbaycan, 3643-ü isə rus bölməsidir.
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı 58737 nəfərdir. Onlardan 55877 nəfəri Azərbaycan, 2860 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.
Elektron ərizə verən subbakalavrların sayı isə 8262-dir. Təsdiq olunan elektron ərizələrin sayı 4977-dir.
Qeyd edək ki, ali məktəblərə və orta ixtisas müəssisələrinə sənəd qəbuluna mayın 12-dən başlanıb. Sənəd qəbulu iyunun 9-u saat 23:59-dək davam edəcək. Subbakalavrların elektron ərizə qəbulu isə iyunun 1-dən başlayıb və iyulun 10-dək davam edəcək.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər