Bakıda çimərliklər açılır - Bu çimərliklərdə çimməyə icazə var
12-06-2020, 13:30
Oxunub: 6 153
"Qaradağ, Səbail, Binəqədi, Xəzər rayonlarında ötən il yaradılmış 6 ictimai çimərlik dəniz mövsümünə tam hazırdır”.
Bolgexeber.com xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Bayram Həsənov REAL TV-yə açıqlamasında deyib. Bildirib ki, çimərlik ərazisində vətəndaşları qaydalar barədə məlumatlandıracaq lövhələr vurulub:
"Çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib. İyunun 15-dən sonra çimərlikdə tibb məntəqələri də fəaliyyət göstərəcək. Biz inanırıq ki, görülmüş bu tədbirlər digər çimərliklər üçün də nümunə olacaq”.
Qeyd edək ki, iyun ayının 15-dən ölkədə çimərlik mövsümünə start veriləcək.
Xatırladaq ki, Türkiyə Səhiyyə Nazirliyinin koronavirusla bağlı qərargahının nümayəndəsi, uzman həkim Səma Turan dənizdə duz miqdarı yüksək olduğundan virusun canlı qala bilmə ehtimalının aşağı düşdüyünü və hovuzlara nisbətən daha az təhlükəli olduğunu bildirmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər