Zibil atmağa icazə veriləcək, binaların qarşısında konteynerlər olacaq
12-06-2020, 19:09
Oxunub: 5 842
“Məişət tullantıları konteynerlərinin uzaq olması sui-istifadə hallarını artırmış olur. Hesab edirik ki, blokların yanında konteyrnerlər yerləşdirilsə binanı tərk etməyə ehtiyac qalmayacaq. Bununla da zibil atmaq üçün sui-istifadə halları olmayacaq”.
Bunu Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.
İcra nümayəndəsi qeyd edib ki, əgər binanın həyətində olan konteynerə zibil atmağa düşürsə, o cərimələnməyəcək.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə əlavə edib ki, insanlar yalnız yaşadığı blokun yaxınlığındakı qablara zibil atmaq üçün evdən çıxa bilərlər:
“Blokdan kənara getmək olmaz. Bu ətraf blokların insanlarının da bura gəlməsi deməkdir. Maksimum iki gün ərzində nə qədər zibil yığıla bilər?! Sərt karantin müddəti bitəndən sonra onu tullamaq olar. Zibil adı ilə gəzməyə çıxmaq qəti qadağandır”.
*** 17:35
“Bakıda sərtləşdirilmiş karatin rejimində binaların qarşısında konteynerlər yerləşdiriləcək. Söhbət o binalardan gedir ki, onların binalarının qarşısında məişət tullantılarının atılması üçün konteynerlər yoxdur”.
Bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gündən həmin konteynerlərin yerləşdirilməsinə başlanılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər