ETSN tərəfindən bu ərazilərdə də ağaclar əkilib, yaşıllıqlar salınıb-FOTO
18-06-2020, 14:13
Oxunub: 6 700
Bildiyiniz kimi BOLGEXEBER.COM və BÖLGƏ TV “Ekologiyamızı necə qoruyaq” rubrikasına start verib.
Rubrikanın mövzusu ekologiyamızın necə qorunması haqdadır.
BOLGEXEBER.COM və BÖLGƏ TV “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində bu dəfə Sumqayıtda, Abşeron Xızı və Qobustan rayonlarında olublar , çəkilişlər aparıblar. Adıçəkilən ərazilərdə yaşayan sakinlər ETSN-nin ətraf mühitin,ekologiyanın qorunması ilə bağlı gördüyü işlərdən razılıqlarını bildiriblər.
Əməkdaşlarımız İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə adıçəkilən ərazilərdə çoxsaylı ağacların əkilməsinin, yaşıllıqların salınmasının şahidi olublar. Belə ki, ağacəkmə aksiyası çərçivəsində ümumilikdə Xırdalanda , Sumqayıtda, Xızıda, Qobustanda 70 minə yaxın ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliynin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət şöbəsinin müdiri Sadiq Yisifov əməkdaşımıza bildirdi ki, ərazilərdə aparılan monitorinqlər nəticəsində quruyan ağaclar yeniləri ilə əvəzlənib, ağaclar sulanır və digər lazımi tədbirlər görülüb.
Sadiq Yisifov həmçinin bildirdi ki,havaların isti keçməsinə baxmayaraq idarənin bütün işçiləri monitorinqə cəlb olublar və ekologiyanın qorunması,yaşıllıqların salınması ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
BOLGEXEBER.COM və BÖLGƏ TV “Ekologiyamızı necə qoruyaq” rubrikasına davam edir.
Hazırladılar:Müxbir Niyaməddin Səlimov,Operator Ayət Şükürov
BÖLGƏ TV









































Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər