BolgeXeber.Com » Sosial » Prezident Səhiyyə Nazirliyinə 2 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident Səhiyyə Nazirliyinə 2 milyon manat ayırdı - SƏRƏNCAM

25-06-2020, 11:52
Oxunub: 3 809 Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 Bolgexeber.com xəbər verir ki, sərəncamla Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.7-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.