Odnoklassniki” tanışlıq qanla nəticələndi
28-05-2013, 10:10
Oxunub: 6 965
Bakının Binəqədi rayonu ərazisində sosial şəbəkədəki tanışlıq qanlı hadisəyə səbəb olub.
Rayon Polis İdarəsindən verilən məlumata görə, “Odnoklassniki” sosial şəbəkəsində tanış olan gənclərin biri xəstəxanaya, digəri isə həbsxanaya düşüb.
Bakı şəhər sakini olan 24 yaşlı Xəqani Gözəlov “Odnoklassniki”-də 21 yaşlı Tərtər sakini Xasay Sadıqlı ilə tanış olublar. Sonradan onların tanışlığı mübahisəyə və söyüşə keçib. Məsələni internetdə həll edə bilməyən gənclər görüşərək mübahisəyə son qoymaq istəyiblər və dünən İsfahani küçəsində görüş təyin ediblər. Görüş yerindən Xəqani Gözəlov qan içərisində xəstəxanaya aparılıb.
Görüş zamanı mübahisəni yoluna qoya bilməyən Xasay bıçaqla Xəqaniyə 3 zərbə vurub.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis böklməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xasay Sadıqlı tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər