Anar Ələkbərov 190 manatla bağlı problemi prezidentə məruzə edəcək
23-07-2020, 15:30
Oxunub: 5 890
Bir neçə gün bundan əvvəl Operativ Qərargahın brifinqində hesablarına yüklənmiş 190 manatlıq birdəfəlik ödənişləri çıxara bilməyən vətəndaşların kartlarının bloklanması məsələsinə aydınlıq gətirilib.
Brifinqdə çıxış edən Pezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, həmin pullar əmanət üçün verilməyib: "Ancaq kimsə hansısa obyektiv səbəblərə görə vəsaiti götürə bilməyibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir”.
Sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə bir sıra müzakirələr başlayıb. Bir qrup şəxs hesab edir ki, vətəndaşın 190 manata ehtiyacı varsa, onu vaxtında çıxarıb istifadə etməliydi.
Amma nəzərə alsaq ki, pandemiya dövründə vətəndaşlara ödənişləri nağd deyil, kart vasitəsilə etməyə dair müxtəlif çağırışlar olmuşdu, kartda pul saxlamaq daha məqsədəuyğun görünür. Bundan başqa, vətəndaş pulu kartında ona görə saxlaya bilər ki, hər hansı kommunal xərclərini kartla ödəsin, ehtiyaclarını onlayn həll etsin. Müavinəti alan şəxslər birdəfəlik ödənişin iyulda verilməyəcəyi səbəbi ilə də həmin pulu qarşıdakı ayı nəzərə alaraq kartda ehtiyat kimi saxlaya bilərdilər.
Məsələ ilə bağlı "Qafqazinfo” Milli Məclisin deputatı Erkin Qədirlidən də münasibət öyrənib. O, bir neçə gün əvvəl Prezidentin köməkçisi Anar Ələkbərovla keçirilən görüşdə bu məsələni onun diqqətinə çatdırdığını vurğulayıb: "Anar Ələkbərov problemi Prezidentə məruzə edəcəyini vurğuladı. Əlbəttə, bu ödəniş vətəndaşın haqqıdır. Onu kartdan istədiyi vaxt götürə bilər. Bu məsələyə vaxt məhdudiyyəti qoymaq doğru deyil”.
Problemlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı saytımıza bildirib ki, məsələ araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər