Toylar yeni qaydalara uyğun keçirilə bilər - TƏKLİF
28-08-2020, 17:58
Oxunub: 7 242
Azərbaycanda koronavirusa yoluxmaların sayı azalmaqda davam etsə, müəyyən şərtlər daxilində toyları bərpa etmək olar.
Bu barədə Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev qeyd edib: “Artıq ölkəmizdə koronavirusa yoluxmaların azalması müşahidə olunur və əgər bu davamlı şəkildə müşahidə edilsə düşünürəm ki, 1-2 aydan sonra toyların keçirilməsinə hər hansı məhdudlaşdırıcı şərtlər daxilində icazə vermək də olar. Vacib deyil ki, toyda 500 adam iştirak etsin, qoy 50 adam iştirak etsin, karantin qaydalarına riayət edilsin, yəni bunun da bir formasını tapmaq olar.
Düşünürəm ki, hər hansı bir forma tapıb toyları bərpa etmək olar. Tutaq ki, müəyyən yaxın adamlar açıq havada bir formada toy qeyd edə bilərlər. Vacib deyil ki, yüzlərlə adam yığıb təmtəraqlı toy edilsin”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər