BolgeXeber.Com » Sosial » Sabiq deputat Hüseyt Abdullayevin həbsinə hazırlıq gedir

Sabiq deputat Hüseyt Abdullayevin həbsinə hazırlıq gedir

9-06-2013, 11:50
Oxunub: 5 463 İlham Əliyev keçmiş deputatın hazırladığı “Susma” klipindən qəzəblənib; Hüseyn Abdullayevin həbsinə hazırlıq gedir...

Sabiq deputat Hüseyt Abdullayevin həbsinə hazırlıq gedir. Daxil olan məlumata görə, sözləri və musiqisi Hüseyn Abdullayevə məxsus “Susma” mahnısı ölkə başçısı Ilham Əliyevi bərk qəzəbləndirib. Yada salaq ki, bu günlərdə sosial şəbəkələrdə “Susma”nın klipi yayılıb. Klipdə müxalifətin mitinqləri, polis zorakılığı, məmur özbaşınalığı əks olunub.

Məlumatda deyilir ki, həmin klip yayıldıqdan sonra hakimiyyətdə narahatlıq yaranıb. “Susma” ölkə başçısına da təqdim edilib. Ilham Əliyev klipi izləyəndən sonra əsəbi şəkildə Hüseyn Abdullayevin həbs edilməli olduğunu bildirib. Dərhal prokurorluq orqanlarına sabiq deputatın fəaliyyətilə bağlı araşdırmalar aparılması tapşırılıb. Gözlənilir ki, yaxın günlərdə Hüseyn Abdullayev barəsində cinayət işi başlanacaq və o, axtarışa veriləcək.

Yeri gəlmişkən, “Susma”nın klipi yayıldıqdan sonra Hüseyn Abdullayev mətbuata açıqlama vermişdi ki, yaxınlarına ciddi təzyiqlər başlayıb: “Artıq mənim qardaşım Azər Abdullayev əsassız olaraq işdən çıxarılıb və mənim keçmiş biznes fəaliyyətimi yoxlayıb buna qondarma bir cinayət donu geyindirməyə çalışırlar. Bütün bunlar mənim yaradıcılığımla, son günlər yazdığım ”Susma" əsəri ilə bağlıdır. Xalqımı ona qarşı olan bütün haqsızlıqlara, ədalətsizliklərə biganə qalmamağa çağırdığım üçün hakimiyyət mənə və ailə üzvlərimə qarşı bu cür cılız təzyiq üsulundan istifadə edir".
azadlıq