BolgeXeber.Com » Sosial » Gələn ildən pensiyalar artırılacaq

Gələn ildən pensiyalar artırılacaq

28-12-2020, 12:39
Oxunub: 3 261 "Gələn il pensiyalar 9,3 faiz artırılacaq”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

O qeyd edib ki, orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək: "Yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı gözlənilir. Həmçinin müavinətlərdə də xeyli artımlar planlaşdırılır”.