190 manat birdəfəlik yardımın ödənişi bu gün yekunlaşır - Nazirlik
30-12-2020, 15:44
Oxunub: 3 953
Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik yardımın ödənişinin bu gün yekunlaşacağı gözlənilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, bu çərçivədə artıq 450 milyon manat ödənilib:
"Bu günə kimi 600 min şəxsə ödənilən 190 manat yardım tam şəffaf şəkildə həyata keçirilib. Əminliklə deyə bilərik ki, həmin şəxslər məhz vətəndaş, məmur təması olmadan, fiziki olaraq heç bir yerə getmədən bu yardımı aldı və ehtiyacı olanlar təmin edildi. Artıq altıncı ödəniş həyata keçirilir və bu gün tamamlanması gözlənilir, günün sonuna kimi bu barədə ətraflı məlumat veriləcək. Ümumilikdə 450 milyon manat vəsait məhz işini, gəlirini itirən, qeyri-formal çalışan aztəminatlı şəxslərə bu məqsəd üçün ödənilib”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər