BolgeXeber.Com » Sosial » Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı
1-01-2021, 11:38
Oxunub: 512
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.
Bolgexeber.com xəbər verir ki, "Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
"Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır.
Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olacaq. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət