Övladını atasına göstərməyən atalıq
30-06-2013, 10:10
Oxunub: 6 248
Həyat təzadlarla doludur. Bəzən adama elə şeylər rast gəlir ki, buna təəccüblənməmək olmur. Belə qəribə hadisələri ürək ağrısız qəbul etmək mümkün deyil.
Bu günlərdə redaksiyamıza Rəhimov Ənvər Təyyar oğlu adlı bir vətəndaş gəlmişdi. Üzündən qəm-kədər yağırdı. Məsum baxışları ilə bizi xeyli süzdükdən sonra dərdini anlatmağa çalışdı. Ancaq qəhər onu boğduğu üçün sözlərini ifadə edə bilmədi. Cibindən bir ərizə çıxarıb “Xahiş edirəm mənə yardım edin” deyərək bizə təqdim etdi. Ənvər Rəhimov ərizəsində Rasim Canəliyev adlı bir şəxsin onun ailə işlərinə müdaxilə etməsindən və doğma oğlu ilə görüşməsinə mane olmasından şikayətlənirdi. Ənvər Rəhimovun ərizəsini olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya!
Mən Miriyeva Sehranə Miriş qızı ilə 1991-ci ildə rəsmi nigahla ailə qurmuşam. Birgə nigahımızdan 2 övladımız dünyaya gəlib. 2007-ci ildə Şirvan şəhər məhkəməsinin qərarı ilə Miriyeva Sehranə ilə boşanmışıq. Uşaqların biri məndə, biri isə Miriyeva Sehranədə qaldı. Anası ilə qalan oğlum Rəhimov Fəridə alment ödəyirəm. Eyni zamanda mən məhkəmə qərarı əsasında oğlum Rəhimov Fərid ilə istədiyim vaxt görüşmək hüququna malikəm. Ancaq bu görüşdən məhrum olmuşam. Çünki Canəliyev Rasim adlı bir şəxs mənim oğlum ilə görüşməyimə mane olur. Vaxtaşırı cib telefonuma zəng vuraraq məni söyüb təhqir edir və hədə-qorxu gələrək mənə bildirir ki, bir daha Miriyeva Sehranəni və oğlu Rəhimov Fəridi narahat etməsin. Rasim Canəliyev səbəbini belə izah edir ki, o mənim keçmiş yoldaşım Sehranə ilə ailə qurub və ailənin bütün məsuliyyətini o daşıyır. Ancaq o da mənə məlumdur ki, Canəliyev Rasim özü ailəlidir. Özünün ayrıca evi-eşiyi və övladları olduğu halda, Miriyeva Sehranə ilə qeyri rəsmi ailə qurmuşdur. Buna görə də Rasim Canəliyev məni doğma oğlumla görüşməyə qoymur. Oğlum Fərid azyaşlı olduğu üçün anasından və Rasimdən asılı vəziyyətdədir. Sizdən xahiş edirəm ki, mənim səsimi aidiyyəti qurumlara çatdırasınız”.
***
Biz redaksiya olaraq öz növbəmizdə Ənvər Rəhimovun bizə təqdim etdiyi telefon nömrəsi ilə Rasim Canəliyevlə əlaqə saxladıq. Ondan xahiş etdik ki, Ənvər Rəhimovun onun haqqında ərizədə göstərdiklərinə münasibət bildirsin. Rasim Canəliyev öz növbəsində bizimlə görüşmək istədiyini bildirdi. Biz onun təklifini məmuniyyətlə qəbul etdik. Rasim Canəliyevlə görüşdük. Təəssüflər olsun ki, Rasim Canəliyev bizi qarşılayarkən ərizədə göstərilənlərə münasibət bildirməkdənsə “Yaxşı edirəm. Siz kimsiniz mənə göstəriş verəsiniz, o qadınla mən evlənmişəm və qərarı mən verirəm?”
“Axı siz evlisiniz, nə üçün başqasının ailəsinə müdaxilə edirsiniz”, -sualımıza cavab olaraq bildirdi ki “Bu mənim öz işimdir, özüm bilərəm”.
Xatırladırıq ki, Rasim Canəliyev “Şirvan OYL” Neft Şirkətində məsul vəzifədə çalışır. Biz də Ənvər Rəhimovun ərizəsini və Rasim Canəliyevin cavablarını olduğu kimi Şirvan şəhər Polis Şöbəsi rəhbərliyinin nəzərinə çatdırırıq. tezadlar
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər