Azərbaycan tarixinə dair sensasion tapıntı
17-08-2010, 18:00
Oxunub: 9 280
Oğuzda e.ə. II minilliyin birinci yarısında mövcud olmuş Azərbaycan dövlətinin qalıqları aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Oğuzun Kərimli kəndinin Qazi adlanan ərazisindəki 2 saylı kurqanda apardığı qazıntılar zamanı yeni arxeoloji tapıntılar üzə çıxarıb. Bu barədə məlumat verən Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov bildirib ki, bu kurqanda 12 metr uzunluğunda böyük dəfn çalası tapılıb: “Bu dəfn çalası əvvəlki kurqanlarda tapılan dəfn çalasından böyüklüyü və dərinliyi ilə seçilir. Burada dəfn çalasının həm üstünü örtəndə, həm də içində - dəfn prosesi zamanı çox böyük tonqal yandırılıb. Burada keramika parçaları, mis qırıqlarının da aşkarlanması onu göstərir ki, biz çox maraqlı dəfn adəti ilə rastlaşmışıq. Kurqanda rastlaşdığımız dəfn mərasimi, əldə olunan qabların sınıqları, qabların naxışları–bütün bunların hamısı onu göstərir ki, tapıntılar təkcə Azərbaycan deyil, Qafqazın arxeologiyası üçün yenidir. Bu nümunələrlə yanaşı, həmin kurqandan 180 metr aralıda yerləşən digər kurqanda aşkarlanan muncuqlar, əntiq əşyalar Azərbaycanın həmin dövrdə uzaq Hindistan, Çin, Aralıq dənizi hövzəsi ölkələri ilə yüksək səviyyəli əlaqə saxladığını göstərir”.
Bu baxımdan 2 saylı kurqanın Azərbaycan tarixi üçün çox böyük əhəmiyyət kəsb etdiyini deyən ekspedisiya rəisi əlavə edib ki, kurqanda tapılan nümunələr e.ə. XVI-XV əsrə aiddir. Nümunələrin konkret kimlərə aid olduğu hələ tam müəyyənləşdirilməsə də, əldə olunan materialların əksəriyyəti onların məhz yerli sənətkarlar tərəfindən hazırlandığını göstərir: “Biz həmin dövrdə ön Asiyadakı sivilizasiyanın mərkəzinə daxil olan bir ərazidə yaşayırıq, yəni əcdadlarımız həmin ərazidə məskunlaşıblar. Güman edirəm ki, biz 1 və 2 saylı kurqanda adını bilmədiyimiz, amma e.ə. ikinci minilliyin birinci yarısında mövcud olmuş çox güclü Azərbaycan dövlətinin izləri ilə rastlaşmışıq. Bu nümunələrlə biz böyük bir sivilizasiyanı açırıq. Güman edirəm ki, noyabr ayında Oğuzda aparılan arxeoloji işləri yekunlaşdırıla bilər. Bununla, Azərbaycan tarixi üçün tamamilə yeni məlumatlar üzə çıxacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər